...

123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasında saat 12:00-a olan məlumata görə, seçicilərin 30,22 faizi səsvermədə iştirak edib

Siyasət Materials 18 Mart 2009 13:02 (UTC +04:00)

Azərbaycan, Gəncə, 18 mart / Trend , müxbir V. Məmmədov /

Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr məsafədə) fəaliyyət  göstərən 123 saylı Kəlbəcər Dairə Seçki Komisiyasında saat 12:00-a olan məlumata görə, seçicilərin 30,22 faizi səsvermədə iştirak edib. Bu barədə Trend -a məlumatı Dairə Seçki Komisiyasından veriblər.

Məlumata görə, 43 388 seçicidən 13 112 nəfəri məntəqələrə gələrək səsverməyə qatılıb.

123 saylı Kəlbəcər Dairə Seçki Komisiyasında 56 rayon və şəhərdə fəaliyyət göstərməklə 59 məntəqə fəaliyyət göstərir. Dairədə 381 yerli müşahidəci səsvermə proseasini izləyir.

Çərşənbə günü Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum başlayıb.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları martın 16-da gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti