...

Tbilisi vaxtı ilə günorta saatlarınadək seçicilərin Azərbaycan Konstitusiyasına dəyişikliklər üzrə referendumda iştirakı 20 faiz təşkil edib

Siyasət Materials 18 Mart 2009 13:14 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 mart / Trend , müxbir N.Kirtsxalia /

Azərbaycanın Gürcüstandakı səfirliyində yerli vaxtla günorta saatlarınadək seçicilərin Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə refederdumda iştirakı 20 faiz təşkil edib.

Azərbaycanın Tbilisidəki səfirliyindən Trend -a verilən məlumata görə, Gürcüstanda ümumilikdə 108 seçici - Azərbaycan vətəndaşı qeydiyyata alınıb.

Səfirliyin məlumatına görə, Gürcüstanda Azərbaycan vətəndaşlarının işlədiyi 20 Azərbaycan şirkəti fəaliyyət göstərir.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Azərbaycanda referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıb. Referendum üzrə qəbul olunan təqvim cədvəlinə əsasən, kampaniyalar martın 16-sı gecə başa çatdırılıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti