...

Referendumda seçicilərin iştirakı yerli vaxtla saat 12:00-a olan məlumata əsasən, 32 faizi ötüb - MSK

Siyasət Materials 18 Mart 2009 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir C.Babayeva /

"Azərbaycanda keçirilən referendumda seçicilərin iştirakı yerli vaxtla saat 12:00-a olan məlumata əsasən, 32,44 faiz (1 587 251 seçici) təşkil edir", - Azərbaycan MSK-sı nəzdində "Seçkilər" İnformasiya Mərkəzində deyilib.

Azərbaycanda 125 seçki dairəsi və 5367 məntəqə var. 4 893 382 seçici qeydiyyatdan keçib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Azərbaycanda referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıb. Referendum üzrə qəbul olunan təqvim cədvəlinə əsasən, kampaniyalar martın 16-sı gecə başa çatdırılıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti