...

Azərbaycanın Almaniyadakı səfirliyində yerli vaxtla saat 10:00-dək seçicilərin 5 faizi referendumda iştirak edib

Siyasət Materials 18 Mart 2009 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir E.Rüstəmov /

Azərbaycanın Almaniyadakı səfirliyində yerli vaxtla saat 10:00-dək seçicilərin 5 faizi Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendumda iştirak edib.

Səfirliyin ikinci katibi Elşad Məcidovun Trend -a verdiyi məlumata görə, Almaniyada ümumilikdə 1230 seçici - Azərbaycan vətəndaşı qediyyatdan keçib. Hazırda onlardan 65 nəfəri səsvermədə iştirak edib.

"Bu gün iş günüdür və ona görə səs verənlər hələ ki, azdır. Lakin bizdə olan məlumatlara görə, günortadan sonra seçicilərin fəallığı artacaq", - deyə Məcidov bildirib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Referendumda xüsusilə Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Burada, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəаlar daxildir.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti