Azərbaycan Konstitusiyasının 29 maddəsi üzrə təklif olunan bütün düzəliş və əlavələr seçicilər tərəfindən dəstəklənib – MSK-nın ilkin nəticələri – (3-cü ƏLAVƏ - yeni məlumatlar)

Azərbaycan Konstitusiyasının 29 maddəsi üzrə təklif olunan bütün düzəliş və əlavələr seçicilər tərəfindən dəstəklənib – MSK-nın ilkin nəticələri – (3-cü ƏLAVƏ - yeni məlumatlar)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir E.Rüstəmov /

Cümə axşamı keçirilən mətbuat konfransında Azərbaycan MSK sədri Məzahir Pənahovun verdiyi məlumata əsasən, Azərbaycan Konstitusiyasının 29 maddəsinə təklif olunan bütün düzəliş və əlavələr seçicilər tərəfindən dəstəklənib. Hazırda MSK tərəfindən 96,14 faiz seçki məntəqəsinin nəticələri yoxlanılıb.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilib. Seçki 19:00-da sona çatıb.

Maddə 12. Dövlətin ali məqsədi (87,85 faiz)

1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.

Aşağıdakı dəyişikliyini olunması təklif edilir:

1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Maddə 15. İqtisadi inkişaf və dövlət (87,64 faiz)


1. Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

Aşağıdakı dəyişikliyini olunması təklif edilir:

2. Azərbaycan dövləti bazar münasibətləri sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

Maddə 17. Ailə və dövlət (88,13 faiz)

Maddəyə aşağıdakı əlavələr təklif olunur:

3. Valideynlərin və qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsi altındadır.

4. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.

5. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.

6. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

Maddə 18. Din və dövlət (87,33 faiz)

2. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır.

Aşağıdakı redaktədə verilməsi təklif olunur:

3. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.

Maddə 19. Pul vahidi (87,58 faiz)

2. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Milli Banka mənsubdur. Azərbaycan Respublikasının Milli Bankı dövlətin müstəsna mülkiyyətindədir.

Təklif olunan dəyişiklik:

2. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir.

Maddə 25. Bərabərlik hüququ (87,87 faiz)

Maddəyə aşağıdakı əlavələr təklif olunur:

4. Heç kəsə yuxarıda göstərilən əsaslara görə zərər vurula bilməz, imtiyazlarlar verilə bilməz və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
5. Hüquq və vəzifələrə dair qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hamının bərabər hüquqları vardır.

Maddə 29 Texniki xarakterli dəyişiklik (87,32 faiz)
 
Maddə 32. Şəxsi toxunulmazlıq hüququ (87,92 faiz)

2. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi həyata müdaxilə etmək qadağandır.

Aşağıdakı əlavə təklif olunur:

Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

3. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.

Aşağıdakı əlavə təklif olunur:

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs pusquya, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə onun xəbəri olmadan və ya etirazına baxmadan məruz qoyula bilməz.

Maddəyə 5-ci hissə əlavə olunması təklif edilib:

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətəuyğun olmayan, tam olmayan, həmçinin qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsinin və ya çıxarılmasının tələb edilməsi hüququ var.

Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ (87,62 faiz)

3 və 4-cü bəndlərin əlavə olunması təklif edilir:

3. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.
4. Dövlət ekoloji tarazlığın saxlanmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.

Maddə 48. Vicdan azadlığı (87,54 faiz)

5-ci hissənin əlavə olunması təklif edilir:

Heç kəs öz dini etiqadını və əqidəsini nümayiş etdirməyə, dini mərasimlərini yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

Maddə 50. Məlumat azadlığı (87,49 faiz)

3-cü hissəsini əlavə olunması təklif edilir:

Hər kəsin hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.

Maddə 67. Tutulan, həbsə alınan və cinayət törədilməsində təqsirləndirilənlərin hüquqları  (87,58 faiz)

Aşağıdakı redaktədə verilməsi təklif edilir:

1. Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir.
2. Cinayət törədilməsində təqsirləndirilən hər kəs məhkum edilməzdən əvvəl dinlənilməlidir.

Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı (87,73 faiz)

2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz

Aşağıdakı əlavə təklif olunur:

Hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəsə qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.

Maddəyə 9-cu hissənin əlavə olunması təklif edilir:

Dövlət orqanları yalnız bu Konstitusiya əsasında qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.

Maddə 72. Vətəndaşların vəzifələrinin əsası (87,77 faiz)

1. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır.

Aşağıdakı əlavə təklif olunur:

Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər.

Maddə 75. Dövlət rəmzlərinə hörmət (88,24 faiz)

Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir.

2-ci hissənin əlavə olunması təklif edilir:

Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Maddə 84. Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti (89,14 faiz)

1. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

Aşağıdakı əlavənin edilməsi təklif edilir:

Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası Milli Məclisinin çağırış müddəti hərbi əməliyyatların sonuna kimi uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

Maddə 88. Azərbaycan Respublikası Milli Məclisinin sessiyaları (87,73 faiz)

4-cü hissənin əlavə olunması təklif edilir:

Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları açıq keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Azərbaycan Respublikası Milli Məclisinin qapalı iclası keçirilə bilər.

Maddə 92. Texniki xarakterli dəyişiklik (87,20 faiz)

Maddə 95. Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər
20-ci bəndin əlavə olunması təklif edilir: (87,43 faiz)

- Bələdiyyələrin hesabatlarının dinlənilməsi

Maddə 96. Qanunvericilik təşəbbüsü hüququ (87,37 faiz)

I. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.

Aşağıdakı redaktədə verilməsi təklif olunur:

I. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 50 min vətəndaşına, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.

"Azərbaycan Respublikasının seçki hüququ olan 50 min vətəndaşına" sözləri maddənin 2 və 3-cü hissələrinə də əlavə olunur.

Maddəyə 6 və 7-ci hissələrin əlavə olunması təklif edilir:

6. Azərbaycan Respublikasının seçki hüququ olan 50 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir
7. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.

Maddə 101. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları (91,73 faiz)

5. Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.

Bu maddənin beşinci maddəsi aşağıdakı redaksiyada ifadə edilsin:

Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonuna kimi uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

Maddə 108. Azərbaycan Respublikası Prezidentinin təminatı (87,94 faiz)

Azərbaycan Respublikasının Prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikası Prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.

2-ci hissənin əlavə olunması təklif edilir:

- Əvvəllər Azərbaycan Respublikasının prezidenti seçilmiş şəxsin təminat qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir.

Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri maddəsində "Milli Bank" sözü "Mərkəzi Bank" sözü ilə əvəzlənir, "Prezidentin İcra Aparatı" isə "Prezident Admininstrasiyası" sözü ilə əvəzlənir. (87,60 faiz)

Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi (87,50 faiz)

Maddəyə 7-ci hissənin əlavə olunması təklif edilir:

7. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 129. Məhkəmə qərarları və onların icrası (87,51 faiz)

2 və 3-cü hissələrin əlavə olunması təklif edilir:
2. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
3. Məhkəmə qərarı əsaslandırılmalı və sübuta yetirilmiş olmalıdır.

Maddə 130. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi (87,71 faiz)

9. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

Maddəyə aşağıdakı cümlənin əlavə olunması təklif edilir:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilir.

Maddə 131. Azərbaycan Respublikasının Ali Məhkəməsi (87,59 faiz)

Maddəyə 3-cü hissənin əlavə olunması təklif edilir:
Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları dərc edilir.

Maddə 146. Bələdiyyələrin müstəqilliyinin təminatı (87,14 faiz)

Aşağıdakı əlavələr təklif edilir:

1. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər. Bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası qanunla müəyyən edilir.

2. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz.

3. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir.

4. Qanunla müəyyən edilmiş hallarda və qaydalarda bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər.

Maddə 149. Normativ hüquqi aktlar (87,51 faiz)

8-ci hissənin əlavə olunması təklif edilir:

Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktın dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Havalar isinir, bəs Azərbaycanda turizm sahəsində vəziyyət necədir? - Ekspert açıqladı
Havalar isinir, bəs Azərbaycanda turizm sahəsində vəziyyət necədir? - Ekspert açıqladı
Qarabağda lüks hotellərin tikintisi gündəmdədir - Assosiasiya
Qarabağda lüks hotellərin tikintisi gündəmdədir - Assosiasiya
Monteneqro sərhədlərini bağlamağı planlaşdırmır
Monteneqro sərhədlərini bağlamağı planlaşdırmır
Loading Bars
Xəbər lenti
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb
MDU və Kiyev Milli İqtisadiyyat Universiteti arasında əməkdaşlıq çərçivəsində növbəti mühazirə keçirilib (FOTO)
Ermənistanda siyasi qüvvələr Qarabağla bağlı sərsəm bəyanat səsləndirməklə xal qazanmaq istəyirlər - Politoloq
SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 19 apreldə köçürüləcək
Media nümayəndələri reabilitasiya müəssisəsində qazilərimizə göstərilən xidmətlərlə tanış edilib (FOTO)
Ermənistan Azərbaycanla münasibətlərin inkişafına ehtiyac duyur - Armen Sarkisyan
Sahibə Qafarova rusiyalı həmkarı ilə ikitərəfli əlaqələri müzakirə edib (FOTO)
Merkel "AstraZeneca" vaksini ilə peyvənd olunub
48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb olunduğu aşkar edilib
TV tarixində ilk: Xudafərinin yanından veriliş yayımlanıb (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıblar
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib (FOTO)
Fermerlərin 92,06 faizinə subsidiya ödənilib
Azərbaycanla Moldova arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub (FOTO)
Prezident İlham Əliyev: Pirşağıda həmişə yaxşı şanı üzümü var idi – ağ şanı, qara şanı
Tərtər Regional qaz istismarı İdarəsinə yeni rəis təyin olundu
Aİ-nin xüsusi nümayəndəsinin David Babayanla görüşü separatizmin stimullaşdırılmasına xidmət edir
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub (FOTO)
Belarus hər zaman Azərbaycana dost ölkə olub - Deputat
Azərbaycan Beynəlxalq Bankından süni intellekt sahəsində beynəlxalq konfransa dəstək
Aİ ötən il inkişaf məqsədilə ayırdığı rəsmi maliyyə yardımının həcmini 66,8 milyard avroya çatdırıb
Bağçalarda 2 milyonluq yeyinti iddiası barədə AÇIQLAMA
Mərdəkan, Buzovna və Maştağa qəsəbələri də Balaxanı kimi abadlaşacaq
Azərbaycanda 120 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb
Qarabağ separatçılarının "lideri" ifadəyə çağırıldı
Azərbaycanda məcburi əmək halları xeyli azalıb - Hesabat
Ötən il Azərbaycanda 94 nəfər insan alveri qurbanına çevrilib
Qubadlı rayonunun Məmər kəndi (FOTO/VİDEO)
5 kiloqrama yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb (FOTO)
654 nəfər Azərbaycandan deportasiya olunub
Abonentlərin elektrik təchizatına qoşulma prosesi süni intellektlə tənzimlənir - "Azərişıq"
Tərtərdə sıradan çıxmış yanğın su hovuzları bərpa edilir (FOTO)
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq laboratoriyalararası səriştəlilik sınağında yüksək nəticə əldə edib
DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib
“Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında (FOTO)
Bakıda 17 evdən oğurluq edən dəstə üzvləri saxlanılıb (FOTO/VİDEO)
Azercell Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq (FOTO)
Bakı Dialoqları Jurnalının növbəti sayı nəşr edilib
“Yaşıl Marafon” layihəsi üzrə ağacəkmə aksiyaları uğurla davam edir (FOTO)
Azərbaycanda tam orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirilib
"Azərişıq" əhaliyə göstərdiyi 19 xidməti elektronlaşdırıb
"Azərişıq" yeni elektron xidmət istifadəyə verib
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi sələfinin səhvlərindən dərs çıxarmır - Separatizm və terror alovlandırılır
Baş Prokurorluq KİV-də yayılan məlumatla bağlı təkzib verdi
1540-dan çox şəxsə ikinci doza vaksin vurulub - Poliklinika
Putinlə Lukaşenko Moskvada görüşəcək
İƏT-lə statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib
“Azərtütün Aqrar Sənaye Kompleksi” özəlləşdirilir - Sərəncam
Azərbaycanda koronavirusa qarşı peyvənd istehsalı nəzərdən keçirilir
Ermənistanın Gəncəyə raket atəşi zamanı çəkilən foto Türkiyədə ilin media fotosu seçildi (VİDEO)
Tərtərdə Ermənistanın raket və artileriya atəşi nəticəsində dağılmış yollar bərpa olunur (FOTO)
Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılmasına başlanır (FOTO)
Tarix Muzeyinə baş direktor seçilib
Ortaq Media Platforması milli maraqlarımızın qlobal media müstəvisində qorunmasına xidmət edəcək - Deputat
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir (FOTO/VİDEO)
İranda ötən gün koronavirusdan 328 nəfər ölüb
Bakıda qatar vuran oğlanla bağlı araşdırma başlandı
Boru kəmərləri ilə Azərbaycan qazının tədarükü 15 faizdən çox artacaq
“PAŞA Bank”ın baş sponsorluğu ilə “Virtual karyera sərgisi” keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirşağıda yenidənqurma və təmir-bərpa işlərinin təməlqoyma tədbirində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB-2)
230 tender və 1061 kotirovka sorğusunun nəticələri ləğv edilib (FOTO)
Sabah 28 dərəcəyədək isti olacaq
SOCAR bu ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
Kapital Bank 2021-ci ilin I rübünün nəticələrini elan edib
Xroniki xəstəliyi olan insanlar oruc tutarkən ehtiyatlı olmalıdır - Nazirlik
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Koronavirusdan qorunmaq üçün xüsusi qida var? - Səhiyyə Nazirliyindən açıqlama
Yaxın vaxtlarda şəhid ailələri və qazilər üçün növbəti yaşayış kompleksinin açılışı olacaq
DİN dövriyyədən 68 kiloqram narkotik vasitə çıxarıb (FOTO/VİDEO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bir neçə ölkədən quş əti idxalı dayandırılıb
Hindistanda koronavirusa yoluxma və ölüm hallarında ən yüksək göstərici qeydə alınıb
Minaya düşən hərbi qulluqçumuz şəhid olub
Eldar Quliyev həyat yoldaşının yanında dəfn olunacaq - Nazirlik
Balakəndə koronavirus xəstəsinə cinayət işi açılıb
Ötən gün borca görə 18 nəfər saxlanılıb
İmişlidə müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb
2342 şəhid ailəsinə vəsiqə verilib
Türkiyədə kriptovalyutanın istifadəsi qadağan olundu
Yaxın günlərdə müharibə əlillərinə avtomobillərin verilməsinə başlanılacaq
Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunur
Yunanıstanın qaz idxalında Azərbaycanın payı açıqlanıb
"8 Noyabr" prospektində yenidənqurma işləri aparılır (VİDEO)
AZAL-ın Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
ABŞ-da atışma - Ona yaxın ölü, çoxlu yaralı var
Vergi Xidməti kartlardan böyük məbləğdə vəsaitin tutulmasına aydınlıq gətirib
Azərbaycanda süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək
Saatlıda gecə saatlarında işləyən çayxana aşkarlanıb
Dünyada koronavirusdan ölənlərin sayı 3 milyonu ötdü
Yasamalda ağaclar düzgün budanmayıb - ETSN (FOTO)
Lənkəranda qaçırılan avtomobil Masallıda tapıldı (FOTO)
Xalq artisti Eldar Quliyev vəfat edib
SOCAR qaz anbarlarının doldurulmasının başlayacağı vaxtı açıqlayıb
BDYPİ Rusiyaya gedən yük maşınlarına xəbərdarlıq etdi - Cəriməsi olanlar buraxılmaycaq
2021-ci il İslam Həmrəylik Oyunları təxirə salına bilər
Azərbaycan neftinin qiyməti 66 dolları ötüb
Ötən gün 13 nəfər xilas edilib - FHN-nin əməliyyat görüntüləri (VİDEO)
Bu il 17,6 min pensiya, müavinət və təqaüd təyinatı elektron qaydada aparılıb
Bütün xəbərlər