...

Seçkilər baş tutdu, hər şey beynəlxalq standartlara uyğun idi - MBD PA missiyasının başçısı (video)

Siyasət Materials 19 Mart 2009 12:30 (UTC +04:00)
Seçkilər baş tutdu, hər şey beynəlxalq standartlara uyğun idi - MBD PA missiyasının başçısı (video)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir N.Abdullayeva /

"Seçkilər baş tutdu, hər şey beynəlxalq standartlara uyğun idi", - cümə axşamı Bakıda, MDB Parlament Assambleyasının müşahidəçi missiyasının başçısı, RF Federasiya Şurasının vitse-spikeri Svetlana Orlova deyib.

"Xalqın seçimi aydın və aşkardır, çünki hökumət sosial məsələlərdə bir çox şeyi həll edib", - Orlova bildirib.

Onun sözlərinə görə, səsvermənin gedişində demək olar ki, pozuntular qeydə alınmayıb.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Azərbaycan MSK-nın nəticələrinə görə, Azərbaycanda Konstitusiyanın bütün 29 maddəsinə əlavə və dəyişikliklər ölkənin 87-92 faiz seçiciləri tərəfindən dəstəklənib.

Referendumda xüsusilə Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulurdu. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Burada, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəаlar daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti