...

NATO-nun süni şəkildə genişləndirilməsi Avropanın ümumi təhlükəsizliyinə zəmin yaratmayacaq – Rusiya XİN rəhbəri

Siyasət Materials 26 Mart 2009 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 mart / Trend , müxbir Y.Ostapenko /

Rusiya xarici işlər naziri Sergey Lavrovun fikrincə, NATO-nun süni şəkildə genişləndirilməsi Avropanın ümumi təhlükəsizliyinə zəmin yaratmayacaq.

"Düşünmürəm ki, yüksək səviyyəli razılaşmalara əsaslanmalı olan Avropanın ümumi təhlükəsizliyini NATO-nu şərq istiqamətində süni şəkildə genişləndirərək həll etmək olar. Heç kəs şəxsi təhlükəsizliyini digərlərinin hesabına həll etməməlidir", - Moskvada jurnalistlərin ABŞ Prezidentinin NATO-ya üzv olmaqla bağlı verdiyi bəyanatı ilə əlaqədar sualları cavablandırarkən cümə axşamı Lavrov deyib.

ABŞ Prezidenti Barak Obamanın bəyanatında "istənilən ölkə arzu etdiyi halda NATO-ya üzv ola bilər" deyilir.

Son zamanlar Gürcüstan və Ukraynanın alyansa üzvlük məsələləri həll olunur.

Lavrovun fikrincə, ən əsası konkret vəziyyətə baxmaqlır.

"Məsələyə bu cür yanaşaraq əhalisinin böyük əksəriyyətinin Şimali Atlantika Alyansına daxil olmaq istəmədiyi halda ölkəni quruma zorla üzv etmək demokratik normalara ziddir", - Rusiya XİN rəhbəri qeyd edib.

Lavrova görə, NATO-ya milli azlıqlara qarşı beynəlxalq normaları pozan və onları öz vətəndaşları saydığı halda güc tətbiq edən ölkənin qəbul edilməsi də demokratik normalara ziddir.

"Belə bir ölkəni NATO-ya cəlb etmək istəyirlərsə, deməli, söhbət növbəti geosiyasi layihədən gedir", - Lavrov bildirib.

Abxaziya və Cənubi Osetiyanın Gürcüstandan ayrılması nəticəsində Gürcüstan ərazisində ötən ilin avqustunda hərbi əməliyyatlar baş verib. Separatçı regionlar sonralar onlarla diplomatik əlaqələr quran Rusiya tərəfindən dəstəklənib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti