...

Gürcüstan müxalifəti 9 aprel aksiyasının monitorinqi üçün müşahidəçi mexanizmləri yaratmaq niyyətindədir

Siyasət Materials 26 Mart 2009 17:01 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 mart / Trend , müxbir N.Kirtsxaliya /

AŞ PA Monitorinq Komitəsinin nümayəndə heyətinin üzvləri Matias Yorş və Kastrit İslamla görüşdən sonra Gürcüstan Mühafizəkar partiyasının liderlərindən biri Kaxa Kukava bildirib ki, hakimiyyət tərəfindən təxribatın və güc tətbiqinin qarşısını almaq məqsədi ilə Gürcüstan müxalifəti 9 aprel aksiyasının monitorinqi üçün müşahidəçi mexanizmləri yaratmaq niyyətindədir.

Onun sözlərinə əsasən, siyasi proseslərin inkişafını müşahidə edən müşahidəçi qruplarının və ya missiyalarının yaradılması mümkündür.

"Bununla 7 noyabr hadisələrinin təkrarlanmasının qarşısını almış olarıq", - Kukava deyib.

Seçki Məcəlləsi və onun qəbul olunmasında radikal müxalifətin iştirakına gəldikdə isə Kukava deyib ki, Mixail Saakaşvili hakimiyyətdə olduğu müddətdə bu barədə söhbət belə gedə bilməz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti