...

Bakı polisi şəhər sakinlərindən külli miqdarda narkotika aşkarlayıb

Siyasət Materials 30 Mart 2009 10:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend ,müxbir K.Zərbalıyeva /

Bakı polisi şəhər sakinlərindən külli miqdarda narkotika aşkarlayıb.

Bakı Şəhər Baş Polis İdarəsindən bazar ertəsi Trend -a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 33 yaşlı Həsənov Azər Balaca oğlundan 2 kiloqram 70 qram narkotik vasitə olan tiryək götürülüb.

Nizami Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin, Narkotiklərlə mübarizə bölməsinin və 24-cü polis bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 36 yaşlı Bəbirov Fazil Bəbir oğlundan 4 kiloqram 220 qram narkotik vasitə olan həşiş qətranı aşkar edilib.

Hər iki şəxs saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib. Hər iki faktla bağlı cinayət işi başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti