...

İran XİN İran və ABŞ nümayəndələrinin Moskvada görüşünü təkzib edib

Siyasət Materials 30 Mart 2009 17:42 (UTC +04:00)

İranın Xarici Siyasət İdarəsi İngiltərə qəzeti "Sunday times"-ın İran və ABŞ nümayəndələrinin Moskvada görüşdüyü barədə yaydığı məlumatı təkzib edib. Məlumatı İRNA agentliyi yayıb.

İngiltərənin həftəlik qəzeti olan "Sunday times"-da yazılana əsasən, İran və ABŞ-ın rəsmi nümayəndələri arasında ilk dəfə olaraq Moskvada Əfqanıstanla bağlı görüş keçirilib və bu da ABŞ Prezidenti Barak Obamanın Tehranla bağlı siyasətin yumşaldılması istiqamətində ciddi addımdır.

İRNA-nın verdiyi məlumata görə, adının çəkilməsini istəməyən İran rəsmisi bildirib ki, Əfqanıstanla bağlı Moskvada keçirilən konfransda İran rəsmilərinin amerikalılarla görüşü planlaşdırılmayıb və bu görüş baş tutmayıb.

Konfrans cümə günü Rusiya, Çin və Mərkəzi Asiya dövlətlərinin daxil olduğu Şanxay Əməkdaşlıq Təşkilatı tərəfindən keçirilib. Konfransda terror və narkotrafiklə bağlı mübarizə yolları müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti