...

Qazaxıstan Prezidenti Türkmənistana rəsmi səfər edəcək

Siyasət Materials 31 Mart 2009 15:57 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 31 mart / Trend , müxbir H.Həsənov /

Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə telefon danışığı zamanı "dövlətlərarası dialoqun gələcəkdə də inkişaf etdirilməsinin əhəmiyyətini" qeyd edərək prezidenti istənilən vaxt Türkmənistana səfərə dəvət edib. Bu barədə milli telekanal Altın Asır xəbər verib.

Dəvət məmnuniyyətlə qəbul edilib, səfərin müddəti diplomatik kanallar tərəfindən razılaşdıralacaq.

Söhbət əsnasında həmsöhbətlər tərəfdaşlığın yüksək inkişaf dinamikasını təsdiq edərək qeyd ediblər ki, aparılmış hesablamalara əsasən, son zamanlarda Türkmənistan və Qazaxıstan arasında əmtəə dövriyyəsi iki dəfə artıb.

Prezidentlər Xəzər dənizi qaz kəmərinin və Türkmənistan-Çin magistralının tikintisi kimi müştərək layihələrin həyata keçirilməsi ilə əlaqədar məsələləri müzakirə edərək, bu layihələrin "qlobal enerji təhlükəsinin əlavə qarantı kimi" əhəmiyyətini qeyd ediblər. Avropa və Asiya arasında iqtisadi marşrut olan Qazaxıstan-Türkmənistan-İran transkontinental dəmir yolunun tikintisinin tezləşdirilməsi məsələləri də müzakirə olunub.

Prezidentlər ikitərəfli dövlətlərarası komissiyanın fəaliyyətini, bu komissiyanın Astanada aprelin 13-14-də keçiriləcək növbəti iclasını yüksək qiymətləndirib. Nazarbayevin dəvəti ilə Aral dənizinin xilası üzrə beynəlxalq fondun iclasında iştirak edəcək Berdimuhammedovun aprelin 28-də Alma-Ataya səfər edəcəyi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti