...

Gürcüstanın parlament çoxluğu müxalifəti konkret mövzularda dialoq aparmağa çağırır

Siyasət Materials 31 Mart 2009 20:03 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 31 mart / Trend , müxbir N.Kirtsxaliya /

Bu gün Gürcüstanın parlament çoxluğu brifinqdə xüsusi bəyanat elan ediblər. Bəyanatda deyilir ki, qlobal maliyyə böhranı Gürcüstan üçün təhlükə yaradır, suverenlik və ərazi bütövlüyünə qarşı "təcavüzkar imperiya" çıxış edir, vətəndaşlar ehtiyac içindədirlər və işsizdirlər, biznes iflasdan qorunmağa çalışır.  

Gürcüstan parlamentindəki deputat çoxluğunun da bildirdiyi kimi, cəmiyyət hazırkı məsələlərin həll olunmasını tələb edir. "Son dövrün hadisələri ictimaiyyətə bizi hansı təhlükələrin gözlədiyini göstərdi. Əgər hüquq müdafiəçilərinin yüksək peşəkarlığı olmasaydı, ölkəmizdə vətəndaş qarşıdurması olardı. Təhlükənin azalmasını hələ də əminliklə demək olmaz.", - bəyanatda deyilir.

Parlament çoxluğu bütün partiyaları və siyasətçiləri dövlət və əhalinin maraqlarını öz maraqlarından üstün tutmağa çağırır və opponentlərə gürcü cəmiyyətinin maraqlarını qorumaq məqsədilə əməkdaşlıq və birgə iş təklif edir.

Parlament çoxluğunun lideri Petr Tsiskarişvili sağ partiya adından bildirib ki, müxalifətlə, həmçinin ən radikal hissə ilə dialoq aparmağa hazırdırlar.

Tsiskarişvili dialoqların aparıla biləcəyi məsələləri konkretləşdirib, bunlar iqtisadi böhranın aradan qaldırılması, ölkə təhlükəsizliyinin qorunması və siyasi islahatlardır.

"Biz bütün məsələlərdə razılaşacağımıza inanmırıq, lakin qarşıdurma, münaqişə ilə deyil, əməkdaşlıqla, dialoqla biz xalqın inamını doğrulda bilərik", - deyə Tsiskarişvili bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti