...

Bakıda Azərbaycan-Rumıniya əməkdaşlığının perspektivləri müzakirə ediləcək

Siyasət Materials 1 Aprel 2009 11:05 (UTC +04:00)
Bakıda Azərbaycan-Rumıniya əməkdaşlığının perspektivləri müzakirə ediləcək

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir N.Abdullayeva /

Rumıniyadakı Azərbaycan səfirliyinin məsləhətçisi Tural Rzayev Trend -a bildirib ki, Rumıniyanın xarici işlər naziri Kristian Dyakonesku Bakıda Azərbaycan-Rumıniya əməkdaşlığının perspektivlərini müzakirə edəcək.

"Dyaneskunun aprelin 8-9-na planlaşdırılan rəsmi səfəri çərçivəsində Azərbaycan rəsmiləri ilə ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunacaq", - Rzayev telefon bağlantısı zamanı Trend -a Buxarestdən bildirib. 

Rzayevin sözlərinə əsasən, səfər çərçivəsində Dyanesku siyasi, iqtisadi, energetika sahəsi, eləcə də münaqişələrlə bağlı bir sıra məsələləri müzakirə edəcək.

Azərbaycan Dövlət Statistika İdarəsinin məlumatına əsasən, iki ölkə arasında mal dövriyyəsi 2008-ci ildə 193 mln. dollar təşkil edib. Azərbaycandan Rumıniyaya ixrac 161 mln. manat, idxal isə 31,8 mln. manat təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti