...

İnamsızlıq ABŞ-Avropa Alyansının bir-birindən uzaqlaşmasına gətirib çıxardı – ABŞ Prezidenti

Siyasət Materials 3 Aprel 2009 19:09 (UTC +04:00)

Fransa, Strasburq, 03 aprel / Trend , müxbir A.Məhərrəmli /

"Tərəfdaş ölkələr arasında inamsızlıq ABŞ-Avropa Alyansının bir-birindən uzaqlaşmasına gətirib çıxardı", - ABŞ Prezidenti Barak Obama cümə günü NATO-nun zirvə toplantısı çərşivəsində Strasburqda gənclər qarşısında çıxışında deyib. Çıxışı zamanı Amerika Prezidenti bir çox məsələlərə yanaşı, ABŞ-Avropa münasibətlərinə də toxunub. O qeyd edib ki, dəyişən dünyada ABŞ da dəyişməlidir. ABŞ-Avropa münasibətlərində yaranan gərginlikdən sonra Avropa ilə yaxınlaşmaya meyilli olduğunu göstərən Prezident qeyd edib ki, biz özümüzlə səmimi olmalıyıq. Onun çıxışında dünyadakı yeni və böyük çağırışlar qarşısında ABŞ-ın tək olmaq və dünyanın jandarmı rolunu oynamaq istəməməsi fikri ortaya çıxıb. O, bunların Avropa ilə əlbir olaraq aradan qaldırılacağı fikrində olduğunu bildirib. Bununla da o, öz sələfindən fərqli olaraq yeni siyasi fələsəfəsinin olduğunu ortaya qoyub. Bundan əlavə, gənclər qarşısında çıxışında ABŞ Prezidenti gənclərə yaxın olan ekologiya, işgəncə kimi məsələlərə də toxunub.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti