...

Müharibələrin səbəbi din və mədəniyyət yox, iqtisadi maraqlardır - İranın sabiq prezidenti

Siyasət Materials 6 Aprel 2009 14:30 (UTC +04:00)
Müharibələrin səbəbi din və mədəniyyət yox, iqtisadi maraqlardır - İranın sabiq prezidenti

"Dünyada baş verən mübahisə və müharibələrin səbəbini siyasi və iqtisadi maraqlarda axtarmaq lazımdır", - İranın sabiq preizdenti Məhəmməd Xatəmi İstanbulda keçirilən Sivilizasiyaların Alyansı Forumunda deyib. Bu haqda Türkiyənin TRT-2 telekanalı xəbər verib.

Xatəmi İstanbulda aprelin 6-da başlayan sammitdə bildirib ki, din insanların həyatına, mədəniyyətinə və inkişafına böyük təsir göstərir. "Amma dini faktoru müharibələrə səbəb kimi nəzərdən keçirmək lazım deyil", - o hesab edir.

Xatəmi Sivilizasiyalar Alyansı-nın yaradılması planını dəstəkləyib. Bu təşəbbüs 2005-ci ildə Türkiyə və İspaniya hökumət başçıları tərəfindən irəli sürülüb və BMT tərəfindən dəstəklənib.

"İran Alyansın 18 üzvündən biri kimi, onun heyətində öz müsbət rolunu oynamağa çalışır", - Xatəmi deyib.

Xəbər lenti

Xəbər lenti