...

Tbilisi aeroportunda müasir radar sistemi quraşdırılıb

Siyasət Materials 7 Aprel 2009 20:57 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 07 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın aeronaviqasiya rəhbəri Qiorqi Karbelaşvilinin dediyinə görə, Tbilisi beynəlxalq hava limanında bu gün yeni radar sistemi quraşdırılıb. Yeni radar sistemi Gürcüstanın hava sərhədlərinin tam təhlükəsizliyini təmin edəcək.

"Sistemin əsas təyinatı təyyarəçilərin Gürcüstanın hava məkanında təhlükəsiz uçuşunu təmin etməkdən ibarətdir. Bu gündən etibarən Gürcüstanın hava məkanında uçuş on dəfə təhlükəsiz olacaq", - Karbelaşvili deyib.

Yeni radar sistemi müasir fransız texnologiyasıdır. Sistem ölkənin hava məkanına tam nəzarət etməyə qadirdir. Eləcə də istənilən hərbi və mülki uçan aparatları qeydə almaq iqtidarındadır.

Gürcüstanın əvvəlki radar sistemləri demək olar ki, tamamilə Gürcüstan-Rusiya müharibəsi zamanı sıradan çıxıb. Yeni radar sistemi Aİ və Fransanın maliyyə dəstəyi ilə quraşdırılıb. Onların köməyi ilə bir neçə radar sistemlərinin quraşdırılması nəzərdə tutulur.

 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti