...

Azərbaycan və ABŞ prezidentləri iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Siyasət Materials 8 Aprel 2009 12:49 (UTC +04:00)

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı zamanı iki ölkə arasında münasibətlərin inkişafı müzakirə edilib, çərşənbə günü AzerTAc dövlət agentliyi məlumat yayıb.

Səmimi söhbət zamanı prezidentlər Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə ediblər. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

ABŞ Prezidenti Türkiyə-Ermənistan münasibətləri ilə bağlı ABŞ dövlətinin atdığı addımlar barədə danışıb. Azərbaycan Prezidenti bu məsələ ilə əlaqədar Azərbaycan dövlətinin mövqeyini Prezident Obamaya çatdırıb.

Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti