...

Ukrayna Prezidentinin Azərbaycana səfəri zamanı ən böyük hadisə Prezident Şurasının ilk iclası olacaq – Prezident katibliyi başçısının müavini

Siyasət Materials 8 Aprel 2009 17:15 (UTC +04:00)

"Ukrayna Prezidenti Viktor Yuşenkonun Azərbaycana səfəri zamanı ən böyük hadisə Prezident Şurasının ilk iclası olacaq", - çərşənbə günü brifinq zamanı Prezident katibliyi başçısının müavini Andrey Qonçaruk deyib. Prezidentin rəsmi saytı yazır.

"Bu şuranın işində, həmçinin hər iki ölkənin xarici siyasət, müdafiə və iqtisadi qurumlarının vəzifəli şəxsləri iştirak edəcəklər", - Qonçaruk bildirib.

Ukrayna Prezidenti Yuşenko aprelin 9-10-da Azərbaycana rəsmi səfər edəcək.

İclas zamanı üç blok məsələnin müzakirə edilməsi planlaşdırılır: ticarət-iqtisadi və sərmayə əməkdaşlığı; yanacaq-energetika sahəsi, xüsusilə də Baltik-Qara-Xəzər dənizləri tranzit məkanı və hərbi-texniki əməkdaşlıq.

Həmçinin Ukrayna Prezidenti Bakıda Azərbaycan parlamentinin sədri və Baş nazirlə ikitərəfli görüşlər keçirəcək. Bu görüşlər zamanı yüksək səviyyədə əldə olunmuş razılıqların müzakirə edilməsi planlaşdırılır.

Prezidentlər Şurasının ilk iclasının protokolu və 2009-2010-cu illər ərzində Ukrayna-Azərbaycan əməkdaşlığının "yol xəritəsi", 24 mart 1997-ci ildə hərbi-texniki əməkdaşlıq haqqında əldə olunmuş hökumətlərarası razılaşmaya dəyişikliklər edilməsi ilə bağlı protokol, regionlararası əməkdaşlıq sənədi, eləcə də 2009-2010-cu illər üçün ölkələrin XİN-ləri arasında məsləhətləşmələr planı imzalanmağa hazırlanıb.

Bu səfərin humanitar tərkibi Yuşenkonun Bakı Slavyan Universitetində çıxışını, həmçinin 1919-1920-ci illərdə Ukrayna Xalq Respublikasının Azərbaycandakı ilk diplomatik missiyasının yerləşdiyi binada xatirə lövhəsinin açılışında iştirakını nəzərdə tutur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti