...

Gürcü və Azərbaycan xalqlarının əsrlərlə davam edən dostluq ənənələrinə heç bir təhlükə yoxdur – Patriarx

Siyasət Materials 8 Aprel 2009 18:02 (UTC +04:00)
Gürcü və Azərbaycan xalqlarının əsrlərlə davam edən dostluq ənənələrinə heç bir təhlükə yoxdur – Patriarx

Gürcüstan, Tbilisi, 08 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev bu gün Gürcüstan Patriarxlığında bütün Gürcüstanın Katolikos-Patriarxı İkinci İlya tərəfindən qəbul edilib. Tərəflər iki xalq arasında münasibətləri müzakirə edib və bildiriblər ki, gürcü və Azərbaycan xalqlarının əsrlərlə davam edən dostluq ənənələrinə heç bir təhlükə yoxdur.

Patriarx qeyd edib ki, Azərbaycan informasiya agentlikləri tərəfindən bildirilmiş antimüsəlman bəyanatları haqda informasiyalar yalandır. "Bu məlumatı bizim aramızı vurmaq istəyən düşmən yayıb, amma bu belə olmayacaq. Biz həmişə müsəlmanlara hörmətlə yanaşmışıq və belə də davam edəcəyik", - o, deyib.

Öz növbəsində səfir Əliyev qeyd edib ki, gürcü və azərbaycanlıların doğrudan da qardaş münasibətlərinə heç bir təhlükə yoxdur. "Bizim xalqlar həmişə bir yerdə olub və olacaqlar, bütün ən yeni tarix buna sübutdur", - o, bildirib.   

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti