...

Azərbaycanın müxalif partiyası kütləvi aksiyaların keçirilməsini aktual hesab etmir

Siyasət Materials 14 Aprel 2009 10:40 (UTC +04:00)
Azərbaycanın müxalif partiyası kütləvi aksiyaların keçirilməsini aktual hesab etmir

Azərbaycan, Bаkı, 13 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın müxalif partiyası Türkiyənin Ermənistanla sərhədlərinin açılması ehtimalı ilə bağlı kütləvi aksiyaların keçirilməsinə artıq zərurət olmadığı qənaətindədir.

"Türkiyə Baş nazirinin bir daha Qarabağ problemi nizamlanana, Azərbaycanın ərazi bütövlüyü bərpa olunana qədər sərhədlərin açılmayacağı haqda verdiyi son bəyanatını ciddi qəbul etmək lazımdır", - bazar ertəsi Trend -a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirdilər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Hacılının sözlərinə görə, müxalifətin Azərbaycanda sərbəst toplaşmaq hüququnun bərpa edilməsi ilə bağlı tələbləri qüvvəsində qalsa da, yaxın nüddətdə bu məqsədlə də aksiya keçirmək niyyətləri yoxdur. "Digər problemlərin də həlli üçün müxalifətin fəaliyyəti zəruridir. Amma bizm partiyanın da təmsil olunduğu Qarabağ və Respublika Uğrunda Hərəkatın tezliklə hansısa etiraz aksiyasının təşkil olunması ilə bağlı qərar verəcəyinə inanmıram", - müxalif partiya funksioneri əlavə edib.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının (Bərpa) Qurultayı 1992-ci il noyabrın 7-də Bakıda Respublika sarayında keçirilib. Gizli səsvermənin yekunları əsasında İsa Qəmbər əksəriyyət səslə Müsavat Partiyasının başqanı seçilib.

Qəmbər Аzərbаycan pаrlаmеntinin еks-spikеri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Pаrtiyа 4 nəfər deputatla parlamentdə təmsil olunur. 

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti