...

Bir neçə cinayətə görə beynəlxalq axtarışda olan azərbaycanlı Rusiyada saxlanılıb

Siyasət Materials 14 Aprel 2009 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Bakı polisi bir neçə cinayətə görə beynəlxalq axtarışa verilmiş azərbaycanlını Rusiyada saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycanın banditizm (217), qəsdən adam öldürmə (120) və hədə-qorxu ilə tələb etmə (182) maddələri ilə axtarışda olan Afər Kərimov Rusiyanın Volqoqrad vilayətində tutulub.

Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti