...

Azərbaycanın paytaxt sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb

Siyasət Materials 15 Aprel 2009 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın paytaxt sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb, çərşənbə günü Trend -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Habil Hacıyevdən və Nəsimi Şirinovdan 30 kiloqram 465 qram həşiş götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Daxili işlər orqanları tərəfindən ötən il ərzində qanunsuz dövriyyədən 651  kiloqramdan artıq (2007-ci  illə müqayisədə 1,9 dəfə çox) narkotik vasitə götürülüb, 159 kq-a yaxın (+1,1 dəfə) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.

Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 2271 nəfərdən 2085-i (91,8%) əmək qabiliyyətli işləməyən və oxumayan, 530-u (23,4%) əvvəllər cinayət törətmiş şəxs, 57-i (2,5%) qadın, 5-i (0,2%) yetkinlik yaşına çatmayan şəxsdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti