...

İranın Xuzestan əyalətində zəlzələ baş verib

Siyasət Materials 16 Aprel 2009 11:10 (UTC +04:00)

İranın Xuzestan əyalətinin Behbahan şəhərində Rixter cədvəli üzrə 4.1 bal gücündə zəlzələ baş verib. Bu barədə İranın İRİNN xəbər kanalı məlumat yayıb.

Tehran Universiteti Zəlzələ Araşdırmaları İnstitutundan bildiriblər ki, zəlzələ bu gün səhər yerli vaxtla 7.32 radələrində baş verib. Hələlik tələfat və dağıntılar barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti