...

Rusiya Əfqanıstanda vəziyyətin stabilləşməsinə fəal yardım göstərir – XİN rəhbəri

Siyasət Materials 16 Aprel 2009 14:22 (UTC +04:00)

Rusiya Əfqanıstanda vəziyyətin stabilləşməsinə, terrorçuluq və narkocinayətkarlığa qarşı mübarizəyə və əsas sosial-iqtisadi məsəllərin həllinə ən fəal şəkildə yardım göstərir. Bu barədə Rusiyanın xarici işlər naziri "Rossiyskaya qazeta" oxucularının suallarına cavab verərkən bildirib.

"Biz bu ölkəyə hərbi və mülki kadrların hazırlanmasında kömək edirik. Əsas diqqəti antiterror idarələrində xidmət göstərən polislərin təhsil alması üzrə proqramların reallaşdırılamasına ayırırıq", - deyə Sergey Lavrov bildirib.

Əfqanıstanda vəziyyət xarici qoşunların ölkə ərazilərindən çıxarlması və Pakistanda İslam dövlətinin yaradılması uğrunda mübarizə aparan radikal əhvəl-ruhiyyəli "Taliban" hərəkatının fəaliyyəti ilə çətinləşir. "Taliban" üzvlərinin əsas gəlir mənbələrindən birini narkobiznes təşkil edir. Dünya üzrə tiryək istehsalının 91 faizi Əfqanıstanın payına düşür.

Beynəlxalq Analitik Mərkəz - Senlis Şurasının (London) məlumatına görə, 2007-ci ildə Əfqanıstan ərazisinin 54 faizində "Taliban" üzvlərinin hərbi fəaliyyəti qeydə alınıb. Onların əsas hissəsi Pakistanda, şimal-qərb sərhədyanı vilayətindəki "müstəqil tayfalar" zonasında və Əfqanıstanda məskunlaşıb.

Lavrovun sözlərinə görə, Rusiya Əfqanıstandakı vəziyyət ilə bağlı fəal mövqe tutur. "Biz əfqan tərəfi və beynəlxalq tərəfdaşlarmız ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda intensiv əlaqələr saxlayırıq", - deyə o bildirib.

Lakin Əfqanıstana yardım yalnız mülki çərçivədə göstərilə bilər və Rusiya XİN-i bu ölkəyə Rusiya Federasiyası Silahlı Qüvvələri kontingentinin göndərilməsi ehtimallarını istisna edir.

Xəbər lenti

Xəbər lenti