...

Fransa beyin mərkəzləri Azərbaycanı beynəlxalq əlaqələrdə regional lider və etibarlı tərəfdaş hesab edirlər – Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

Siyasət Materials 16 Aprel 2009 18:31 (UTC +04:00)
Fransa beyin mərkəzləri Azərbaycanı beynəlxalq əlaqələrdə regional lider və etibarlı tərəfdaş hesab edirlər – Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir C.Ağayeva /

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyevlə Trend -un müsahibəsi

- Azərbaycanın mövqeyi və ölkəmizdəki reallıqların dünya ictimiayyətinə çatdırılması baxımından bir müdət öncə Parisdə keçirilmiş dəyirmi masanı baş tutmuş saymaq olarmı? Hansı suallar daha çox auditoriyada polemikaya səbəb oldu?

- Fransanın beynəlxalq əlaqələr institutunda aprelin 7-də keçirilmiş Azərbaycanın müasir geosiyasətinə həsr olunmuş "dəyirmi masa"da Azərbaycanın geostrateji baxımdan Cənubi Qafqazın lideri olduğu qeyd olunub.

Deyilənləri Fransanın Beynəlxalq Əlaqələr İnstitutunun icraçı direktoru Dominik David çıxışında təsdiqləyib. Tədbiri açan David "dəyirmi masanın" dünyanın ciddi qlobal enerji böhranı ilə qarşılaşdığı bir vaxtda keçirilməsinin vacibliyindən, Cənubi Qafqazda geostrateji baxımdan vacib ölkə olan Azərbaycanın neft-qaz yataqlarından danışdı və bu təbii resursların Avropaya nəqlinin vacibliyini qeyd etdi.

Öz çıxışımda müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin gələcəyə hesablanmış strategiyası barədə danışaraq Azərbaycanın artıq regional lider və beynəlxalq əlaqələrdə vacib tərəfdaş olduğunu qeyd etdim. Ölkədə aparılan siyasi və iqtisadi islahatlara toxunaraq əlavə etdim ki, Prezident İlham Əliyevin başçılığı altında ölkəmizin inkişafı yolunda yeni mərhələ yaranıb, yeni siyasət və yeni starateji baxış formalaşıb. Azərbaycan dövləti iqtisadi yüksəlişlə yanaşı, demokratik cəmiyyətin quruculuq və açıq inkişafı prioritetlərini təyin edib. 

Müasir mərhələdə ölkəmizin strateji seçimi modernləşməyə doğru istiqamətlənib. Sözügedən seçimin tərkib hissələrindən biri demokratiya sisteminin təkmilləşdirilməsidir. Demokratiya hər bir xalqa öz inkişafını, strategiyasını və kursunu təyin etmək hüququ verən xalqın suveren hüququdur. Azərbaycan müstəqil dövlət olaraq demokratiyanın inkişafı və müəyyən islahatların aparılması üçün bu suveren hüquqdan yararlanır. Ölkəmizin xarici siyasətindən danışaraq bildirdim ki, Azərbaycan ölçülüb biçilmiş, balanslaşdırılmış və çoxvektorlu xarici siyasət yürüdür. Azərbaycan dostluq və strateji tərəfdaşlıq çərçivəsində qonşu və uzaq ölkələrlə münasibətlər qurur. Bu, ölkəmizin strateji seçimidir. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət strategiyasında sağlam praqmatizm prinsipləri formalaşıb.

Bu səbəbdən paradoksal olmasa da, Fransa Beynəlxalq Əlaqələr İnstitutunda Azərbaycan-Avropa, əsasən də Azərbaycan-Fransa əlaqələri daxil olmaqla, Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı suallara böyük maraq göstərdilər. Ümumilikdə Parisdə təşkil edilən "dəyirmi masa" konstrkuktiv və işgüzar şəraitdə keçdi. Baş tutan diskussiyalar Azərbaycan

və Fransa ekspert cəmiyyətlərinin dialoqunun inkişafına öz töhfəsini verdi. 

- Fransa rəsmiləri müasir mərhələdə Fransa-Azərbaycan münasibətlərini və Azərbaycan cəmiyyətinin inkişafı problemlərini necə qiymətləndirirlər?

- Parisdə Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Jan-Lui Dyumonla görüş keçirildi. Görüşdə ölkəmizdə hazırda gedən proseslər müzakirə edildi və parlamentlərarası əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı. Dyumon Milli assambleyanın (Fransa parlamenti) iqtisadiyyat, maliyyə məsələləri və plan üzrə komissiyanın üzvü, Avropa büdcəsi üzrə xüsusi həmməruzəçidir.

Frasalı deputat parlamentlərarası əlaqələrlə bağlı məsələləri ətraflı işıqlandıraraq müasir mərhələdə Fransa-Azərbaycan əlaqələrinin inkişaf səviyyəsindən razı qaldığını bildirdi. Bu prosesin inkişafına nəzər salaraq o, qeyd etdi ki, əvvəllər yalnız Senat (Fransa parlamentinin yuxarı palatası) məsələ ilə bağlı fəallıq nümayiş etdirirdisə, hazırda prosesə Milli assambleya (Fransa parlamentinin alt palatası) da aktiv şəkildə qoşulub. Fransa-Azərbaycan dostluğu çərçivəsində parlament komitəsinin himayəsi altında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq kontekstində Azərbaycanın lobbiləşməsi üçün 20 deputatdan ibarət təşşəbbüs qrupu yaradıldı. Cənab Dyumon qeyd edib ki, onun birbaşa rəhbərliyi altında 2008-ci ilin yay və payız aylarında Frasanın deputat missiyası Azərbaycanda olub və Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Dyumon görüşlər çərçivəsində Fransa-Azərbaycan əməkdaşlığının hazırki və gələcək səviyyəsi barədə fikir mübadiləsinin aparıldığını, görüşlərin səmərəli keçdiyini qeyd etdi.

Azərbaycan cəmiyyətinin inkişaf problemlərinə marağını qeyd edən deputat iqtisadi, mədəni və digər sahələrdə Azərbaycanın nəzərəçarpan uğurlarına əsaslanaraq demokratiya sisteminin inkişafı və təkmilləşdiriləcəyinə ümivar olduğunu bildirdi.

-Fikrinizcə, hazırda Fransanın Qafqaz regionunda sabitlik və təhlükəsizlik məsələləri ilə bağlı, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində mövqeyi və Avropa İttifaqının aparıcı dövləti kimi bu prosesdə rolu nədən ibarətdir?

- Fransanı Beynəlxalq Əlaqələr İnstitutunda təşkil edilən "dəyirmi masa" zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qızğın diskussiyalar keçirildi. Çıxışımda qeyd etdim ki, Azərbaycanın məsələ ilə bağlı mövqeyi dəyişməzdir. Azərbaycan milli suverenlik çərçivəsində ərazi bütövlüyünün bərpa olunmasını və Ermənistan tərəfindən işğal olunmuş torpaqların azad olunmasını tələb edir. Bunlar yerinə yetirildikdən sonra Dağlıq Qarabağın statusu haqqında danışmaq olar. Lakin bu halda da, statusun nə dərəcədə yüksək olmasından asılı olmayaraq Dağlıq Qarabağ Azərbaycanın tərkibində olacaq. Xarici siyasətdə Azərbaycan bir məqsədi əsas tutur: bütövlükdə regionda sülhün, sakitliyin və stabilliyin bərpa olunması.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk qrupunun üzvü olan Fransanın mövqeyini bildirən Dyumon Azərbaycanın ərazi bütövlüyünün qorunmasının vacibliyini qeyd edərək, ATƏT-in Minsk qrupu və Azərbaycanla Ermənistan dövlət başçıları səviyyəsində aparılan dialoqlar vasitəsilə uzunmüddətli sülhün təmin olunmasının vacibliyini xüsusi vurğuladı.

Rusiya-Gürcüstan kontekstində regionda baş verən son hadisələri təhlil edən Dyumon və digər deputatlar birmənalı olaraq Azərbaycan rəhbərliyinin xarici siyasətinin balanslaşdırılmış olduğunu və reallığa söykəndiyini qeyd etdilər. Baş tutmuş fikir mübadiləsi zamanı Fransanın ekspert cəmiyyətinin nümayəndələri Fransa və Almaniyanın Aİ-nin prinsipial tərkib hissəsi kimi Cənubi Qafqazdakı münaqişələrin həlli kontekstində daha sıx əməkdaşlıq etmələrinə razılıq verdilər.

- Frasanın regiondakı enerji layihələrinin reallaşması və Aİ-nin enerji təhlükəsizliyi məsələlərinə baxışı necədir?

- "Dəyirmi masa" iştirakçıları olan fransız ekspertlər Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və Bakı-Tbilisi-Ərzurum transmilli layihələrinin Azərbaycana geosiyasi sıçrayış etmək imkanı verdiyini xüsusi qeyd etdilər. Bu kontekstdə Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya sistemində öz strateji rolunu dərk edir, strateji yerini tutub və siyasi məkanda ciddi geosiyasi dövlət olaraq qəbul edilir. Fikir mübadiləsi zamanı Dyumon və digər ekspertlər Avropaya yanacaq təchizatında problemlər yaradan yaxınlarda baş vermiş Rusiya-Ukrayna böhranını nəzərə alaraq, "Nabukko" layihəsini Avropanı alternativ enerji resursları ilə təmin edəcək imkan kimi vurğuladılar. Bununla yanaşı, deputatlar Fransanın "Total" şirkətinin fəaliyyəti kontekstində enerji sahəsində Fransa-Azərbaycan əlaqələrinin vacibliyini qeyd etdilər.

- Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Fransanın elmi-tədqiqat institutları arasında əməkdaşlıq perspektivləri necədir?

- Parisdə, eləcə də Fransanın beyin mərkəzləri rəhbərləri ilə ayrılıqda görüşlər keçirildi. Fransanın Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar İnstitutunun direktoru Paskal Bonifas və Şuazöl institutunun direktoru Paskal Loro ilə görüş zamanı tərəflər arasında əməkdaşlıq və təcrübə mübadiləsi, elmi-tədqiqat xarakterli məsələlər və regional əhəmiyyətli layihələrin birgə həyata keçirilməsi ilə bağlı məsələlər geniş müzakirə olundu. Fransa beyin mərkəzləri rəhbərləri iki ölkənin elmi-siyasi elitasının əlaqələrinin aktivləşməsinə böyük maraq göstərdilər. Bu səbəbdən elmi-tədqiqat araşdırmaları sahəsində Bakı və Parisdə beynəlxalq konfranslar və regional "dəyirmi masa"ların keçirilməsi daxil olmaqla birsıra korporativ layihələrin hazırlanması nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti