...

Azərbaycan Bakı-Novorossiysk neft kəməri ilə ötürülən neftin həcmini artırmaq niyyətindədir – Prezident İlham Əliyev

Siyasət Materials 17 Aprel 2009 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend /

"Azərbaycan Bakı-Novorossiysk neft kəməri ilə ötürülən neftin həcminin artırılacağına ümid edir", - Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya işgüzar səfəri zamanı deyib. RİA-Novosti xəbər verir.

"Bakı-Novorossiysk neft kəməri uzun illərdir fəaliyyət göstərir və biz gələcəkdə Azərbaycan neftinin onun vasitəsilə ötürülmə həcminin artırılmasına ümid edirik", - İlham Əliyev cümə günü rus-azərbaycan danışıqlarının yekunu ilə bağlı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, elektrik enerjisi sahəsində əməkdaşlıq inkişaf edir və Azərbaycan eyni ciddiliklə bu sahədə qarşılıqlı əməkdaşlığa ümid edir.

Qaz sahəsindəki əməkdaşlıq barədə danışarkən Azərbaycan Prezidenti qeyd edib ki, bu mövzu "nisbətən yeni"dir və yalnız bir müddət əvvəl müzakirə olunmağa başlayıb.

"Amma bu istiqamətdə, mən düşünürəm ki, bunun elə də çox zaman almadığından çıxış edərək yetərli irəliləyişi qeyd etmək olar. "Qazprom" və Azərbaycan dövlət şirkəti arasında yeni imzalanmış qətnamə üzrə danışıqlar aparılır. Bu qarşılıqlı marağı təsdiqləyir", - Azərbaycan Prezidenti bildirib.

Bununla yanaşı o qeyd edib ki, respublika bu sahədə heç bir məhdudiyyət görmür.

"Bu istiqamətdə əməkdaşlıq Azərbaycan üçün həmçinin qaz tədarüklərinin diversifikasiyası elementi kimidir, çünki bu gün Azərbaycan qazı qərb istiqamətində nəql olunur. "Təbii ki, bizim üçün tədarüklərin diversifikasiyası və yeni bazarlara çıxış böyük maraq kəsb edir", - dövlət başçısı deyib.

İlham Əliyev şirkətlər arasında gedən danışıqların uğurla nəticələnəcəyinə ümid etdiyini bildirib.

"Ümid edirəm ki, enerji, xüsusilə də qaz sahəsində əməkdaşlıq qarşılıqlı şəraitdə və mehriban qonşuluq ruhunda keçəcək. Üstəlik, biz qonşuyuq və aramızda heç bir tranzit ölkə yoxdur, yetərincə səmərəli nəqliyyat infrastrukturu var, qaz və boru kəmərlərinin tikintisinə əlavə sərmayələrin yönəldilməsinə ehtiyac yoxdur. Bütün bu çıxış mövqeləri çox uduşludur və vacibdir ki, şirkətlər öz arzuları əsasında razılığa gəlsinlər və o zaman Azərbaycanla Rusiya arasında qaz sahəsində əməkdaşlıq ölkələrimiz arasındakı ümumi əməkdaşlığa təbii şəkildə uyğunlaşacaq", - Azərbaycan Prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti