...

RAGT – digər millətlərin gənclər strukturları üçün nümunədir – nazir müavini

Siyasət Materials 20 Aprel 2009 11:45 (UTC +04:00)
RAGT – digər millətlərin gənclər strukturları üçün nümunədir – nazir müavini

Rusiya, Moskva, 20 aprel / Trend , müxbir İ.Braqina /

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) diqqətə layiqdir və Rusiyanın digər milətlərinin gənclər təşkilatı üçün faydalı olacaq. Bu barədə Rusiya Federasiyasının idman, turizm və gənclər siyasəti nazirinin müavini Oleq Rojnov deyib.  

"Mən RAGT-nın yaranmasını mühüm hesab edirəm və Rusiyanın digər xalqlarının da belə strukturnları çox olmalıdır", - deyə Trend -a Rojnov bildrib.

RAGT Ümumrusiya miqyasında ilk milli gənclər təşkilatıdır.

Rojnovun sözlərinə görə, bu təşkilat ilk növbədə gənclərə ünsiyyət qurmaq üçün lazımdır. "Rusiyanın azərbaycanlı gənclərinin iki vətəni var və öz tarixi vətənləri ilə daimi yaşadıqları ölkənin mədəni ənənələrini qoruyub saxlamaq üçün bir-biri ilə əlaqələri dəstəkləmək olduqca vacibdir", - deyə o vurğulayıb.

Rojnov hesab edir ki, bu məsələdə təsis edilən təşkilat çərçivəsində qarşılıqlı fəaliyyət göstərmək və digər struktur və regionlar ilə əməkdaşlıq qurmaq olduqca vacibdir. "Bizim ölkənin zənginliyi öz adət-ənənələri və mədəniyyətləri ilə müxtəlif millətlərə məxsus insanlardır və onları qoruyub saxlamaq, artırmaq lazımdır", - deyə Rojnov əlavə edib.

Onun sözlərinə görə, bu, ola bilsin ki, vətəndaş cəmiyyətinin başlıca elementlərindən biri olsun. "Bizim, milli birliyin inkişaf etdirilməsi və ölkəmizin milli müxtəlifliyinin təbliğatı ilə bağlı xeyli tədbirlər blokumuz var və sözsüz ki, RAGT belə təşəbbüslərdə fəal iştirak etməlidir", - deyə Rojnov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti