...

Qazaxıstan NATO-nun Gürcüstanda keçirəcəyi təlimlərdə iştirakdan imtina edib

Siyasət Materials 20 Aprel 2009 14:42 (UTC +04:00)
Qazaxıstan NATO-nun Gürcüstanda keçirəcəyi təlimlərdə iştirakdan imtina edib

Qazaxıstan mayın sonunda Gürcüstanda keçiriləcək NATO-nun hərbi təlimlərində iştirak etməyəcək. Bu barədə "Novosti-Kazaxstan" informasiya agentliyi Respublikanın Müdafiə Nazirliyindəki mənbəyə istinadən xəbər verib.

"Qazaxıstan bu təlimlərdə iştirak etməyəcək", - deyə RİA Novosti-nin yazdığına görə, agentliyin sözçüsü bildirib.

İlkin olaraq Qazaxıstan bu təlimlərdə iştirakçı qismində elan olunmuşdu.

NATO-nun himayəsi altında Cooperative Longbow 09/Cooperative Lancer 09 çoxmillətli təlimlər 6 may - 1 iyun tarixlərində Gürcüstanda keçiriləcək. Burada alyansın 19 ölkəsi və tərəfdaşlarının təqribən 1,3 min hərbçisi iştirak edəcək. Təlimlər hərbi-qərargah mahiyyətlidir, silah və hərbi texnika tətbiq edilmədən keçiriləcək.

Rusiya Prezidenti Dmitri Medvedyev qarşıda duran təlimlərə mənfi yanaşır, onun sözlərinə görə, NATO-nun bu ilin mayında Gürcüstanda hərbi təlimlər keçirmək qərarı Rusiya ilə yaxınlaşmaya yardım etmir və münasibətlərin mürəkkəbləşməsinə zəmin yaradır.

MDB-nin iştirakçı dövlətlərinin Müdafiə Nazirləri Şurasının katibi, general-leytenant Aleksandr Sinayski hesab edir ki, Gürcüstanda yaxın vaxtlarda NATO-nun himayəsi altında keçiriləcək təlimlər Şimali Atlantika Alyansının "siyasi demarşı"dır.

Xəbər lenti

Xəbər lenti