...

Gürcüstan müxalifəti aksiyalara yenidən başlayıb

Siyasət Materials 21 Aprel 2009 19:03 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 21 aprel / Trend , müxbir N.Kitsxaliya /

Bu gün Tbilisidə parlament binasının qarşısında müxalifətin aksiyaları yenidən başlayıb. Parlament qarşısında 5 minə yaxın insan yığılıb və müxalifət liderləri onların qarşısında çıxış edir.

"Bu gündən etibarən aksiyalar yeni impuls qazanacaq və müxalifət liderləri mitinqlərə tərəfdarlarını cəlb etməkdən ötrü regionlara səfər edəcək", - "Vahid Gürcüstan - Demokratik hərəkat" partiyasının lideri Nino Burcanadze deyib.  

Burcanadze müxalifət tərəfdarlarını dövlət obyektlərini blokadaya almağa çağırıb. "Lakin bütün aksiyalar Konstitusiya çərçivəsində olmalıdır", - partiya lideri əlavə edib.

Burcanadze deyib ki, Gürcüstan müxalifəti liderləri "milli həyacanı genişləndirmək" məqsədi ilə Gürcüstanın qərb regionlarına səfər ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti