...

Azərbaycan Prezidenti Bəstəkarlar İttifaqinin maddi-texniki bazasının yaxşılaşdırılması barədə sərəncam imzalayıb

Siyasət Materials 21 Aprel 2009 20:15 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Bəstəkarlar İttifaqı maddi-texniki bazasının, ittifaq üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması məqsədi ilə sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncama əsasən, Azərbaycan Bəstəkarlar İttifaqına zəruri avadanlıqların alınması üçün Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən vəsaitin Azərbaycan Bəstəkarlar İttifaqına ayrılmasını təmin etmək tapşırılıb.

Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti