...

Azərbaycanda gecə reyslərindən imtina biletlərin qiymətinə və sərnişinlərin sayına təsir etməyəcək – AZAL rəhbərinin müavini

Siyasət Materials 22 Aprel 2009 12:07 (UTC +04:00)
Azərbaycanda gecə reyslərindən imtina  biletlərin qiymətinə və sərnişinlərin sayına təsir etməyəcək – AZAL rəhbərinin müavini

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir S.Əliyev /

Heydər Əliyev adına Bakı Hava Limanının birbaşa gecə reyslərinin qəbulundan imtina etməsi həm Azərbaycan, həm də tranzit reyslərin sayına, həmçinin biletlərin qiymətinə təsir göstərməyəcək. Bu barədə çərşənbə günü "AZAL" QSC ("Azərbaycan Hava Yolları") rəhbərinin birinci müavini Sabir İlyasov bildirib.

Heydər Əliyev adına Bakı Hava Limanı iyulun 2-dən dövlət, sanitar, xilasedici, humanitar və digər aeroportlarda çətin meteoroloji şərait səbəbindən eniş etmək məcburiyyətində qalan reyslər istisna olmaqla, gecə reyslərinin qəbulunu dayandırır.

"Gecə reyslərinin ləğv edilməsi ölkə vətəndaşlarının sakit gecə istirahəti üçün gurultunun səviyyəsinin azaldılması ilə bağlıdır. Dünyanın bütün iri aeroportlarında tətbiq edilən bu təcrübə səs-küyün səviyyəsinin azaldılması üzrə Azərbaycanda qəbul olunan normativ-hüquqi aktlara tam müvafiqdir", - deyə İlyasov bildirib.

Bakı Hava Limanı reysləri səhər saat 7-dən gecə saat 24:00-dək qəbul edəcək. Bütün aviaşirkətlər bu barədə məlumatlandırılıb.

İlyasov bildirib ki, bu, daxili reyslərə təsir etməyəcək, beləki, daxili reyslər sutkada ərzində gecə saatlarında həyata keçirilmir.  

Xəbər lenti

Xəbər lenti