...

Türkiyə təsdiqi tapılmayan cinayətə görə ittiham edilə bilməz - türkiyəli deputat

Siyasət Materials 24 Aprel 2009 13:20 (UTC +04:00)
Türkiyə təsdiqi tapılmayan cinayətə görə ittiham edilə bilməz - türkiyəli deputat

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir R.Hafizoğlu / 

Türkiyənin müxalif Milliyətçi Hərəkat Partiyası (MHP) hesab edir ki, ABŞ prezidenti Barak Obamanın aprelin 24-də konqresdə soyqırım ifadəsini dilə gətirəcəyi inandırıcı deyil.

"Türkiyə təsdiqi tapılmayan və heç vaxt etmədiyi cinayətə görə ittiham edilə bilməz", - deyə cümə günü Trend -a Ankaradan telefonla Türkiyə Böyük Millət Məclisinin (Parlament) MHP-dən olan deputatı Şenol Bal deyib.

Trend -un arayışı: Ermənilər hər il aprelin 24-də qondarma "erməni soyqırımı" adlı hadisəni qeyd edir, tarixi saxtalaşdıraraq Türkiyəyə qarşı əsassız iddialarla çıxış edirlər. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 2006-cı ildə Ermənistan Prezidentinə "erməni soyqırımı"nın öyrənilməsi məqsədi ilə tarixçilərdən ibarət birgə komissiyanın yaradılması təklifi ilə müraciət etsə də, erməni tərəfi bu təklifdən imtina etmiş və bildirmişdi ki, "soyqırım" məsələsinə şübhə ilə yanaşmır.

Bal hesab edir ki, ABŞ prezidenti saxta soyqırım məsələsinə hələ də öz fikrini dəyişdirməyib.

"Obamanın "soyqırım" məsələsində fikri bəllidir, lakin bütün bunlara baxmayaraq, konqresdə soyqırım ifadəsinin istifadə ediləcəyi bir o qədər də inanılmazdır. Düşünürəm ki, ABŞ belə bir addım atmayacaq", - Bal əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti