...

Türkiyə-Ermənistan əlaqələrinin bərpası bütün regionun maraqlarına cavab verir - Türkiyə Prezidenti

Siyasət Materials 24 Aprel 2009 15:09 (UTC +04:00)
Türkiyə-Ermənistan əlaqələrinin bərpası bütün regionun maraqlarına cavab verir - Türkiyə Prezidenti

"Türkiyə və Ermənistan arasında diplomatik əlaqələrin bərpası bütün region üçün müsbət haldır", - cümə günü Türkiyə Prezidenti Abdulla Gül deyib, TRT-2 telekanalı xəbər verib.

"Bu addım regiondakı bütün ölkələr, həmçinin Azərbaycanın marağına cavab verəcək", - Gül bildirib.

Türkiyə Prezidenti əlavə edib ki, Ankara və Bakının münasibətləri əvvəlki səviyyədə inkişaf edir və onların pisləşməsi haqda informasiya həqiqətəuyğun deyil.

"Bəzi KİV-də türk-azəri münasibətlərinin pisləşməsi haqda yayılan xəbər həqiqəti əks etdirmir. Türkiyə və Azərbaycan arasında heç bir problem yoxdur", - Gül deyib.

Türkiyə Ermənistanla hələ 1993-cü ildə kəsilmiş münasibətləri normallaşdırmağa çalışır. Diplomatik münasibətlərin dayandırılmasına səbəblər İrəvan tərəfindən başlanılmış uydurma "söyqırım"ın tanınması ilə bağlı anti-türk kampaniyası və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunmasıdır.

İrəvanda isə öz növbəsində Türkiyə ilə diplomatik münasibətləri hər hansı ilkin şərtlər olmadan bərpa etməyə hazır olduqlarını bildirirlər. "Sabah"ın məlumatına görə, İsveçrədəki danışıqlar zamanı beş bənd üzrə razılıqlar əldə olunub.

Xəbər lenti

Xəbər lenti