...

İranın xarici işlər naziri Əfqanıstana səfər edəcək

Siyasət Materials 27 Aprel 2009 10:36 (UTC +04:00)

İranın xarici işlər naziri Mənuçöhr Müttəki bazar ertəsi Əfqanıstana səfər edəcək. Müttəki Əfqanıstanda keçiriləcək İran, Əfqanıstan və Pakistan xarici işlər nazirlərinin iclasında iştirak edəcək. Bu barədə İranın İRİNN xəbər kanalı məlumat yayıb.

Müttəki birgünlük səfər çərçivəsində Əfqanıstan və Pakistan XİN başçıları ilə təkbətək görüşəcək.

Üç ölkənin XİN başçılarının iclası Tehranda keçiriləcək İran, Pakistan və Əfqanısta prezidentlərinin sammitinə hazırlıq məqsədi ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti