...

Azərbaycan-NATO əlaqələri ölkəmizin Avratlantik strukturlara inteqrasiyasının tərkib hissələrindən biridir – Prezident

Siyasət Materials 29 Aprel 2009 15:34 (UTC +04:00)
Azərbaycan-NATO əlaqələri ölkəmizin Avratlantik strukturlara inteqrasiyasının tərkib hissələrindən biridir – Prezident

Azərbaycan-NATO əlaqələri ölkəmizin Avratlantik strukturlara inteqrasiyasının tərkib hissələrindən biridir, Azərbaycan Prezident İlham Əliyev çərşənbə günü Brüsseldə NATO-nun baş katibi Yaap de Hoop Sxeffer ilə görüşdə bəyan edib, məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

Dövlət başçısı bildirib ki, NATO-Azərbaycan əlaqələri inkişaf edir, Azərbaycan NATO-nun müxtəlif proqramlarında və tədbirlərində fəal iştirak edir.

Prezident İlham Əliyev əlavə edib ki, ölkəmiz "Fərdi tərəfdaşlığın əməliyyat planı"nda da fəal iştirak edir.

Azərbaycanın dövlət başçısı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə NATO-nun baş katibi Sxeffer bildirib ki, Azərbaycan ilə əməkdaşlıq uğurla inkişaf edir və NATO bu əməkdaşlığa böyük əhəmiyyət verir. "Azərbaycan regionda xüsusi rol oynayır. NATO Azərbaycana bölgədə mühüm rol oynayan tərəfdaş ölkə kimi yanaşır və Prezident İlham Əliyevin bu səfəri NATO-Azərbaycan münasibətlərinin genişlənməsinə xidmət edəcək", - baş katib bildirib.

NATO-nun baş katibi Azərbaycanın antiterror əməliyyatlarında iştirakını yüksək qiymətləndirib və ölkənin "Fərdi tərəfdaşlığın əməliyyat planı"nda da fəal iştirak etdiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti