...

Dağlıq Qarabağ münaqişənin həllində ərazi bütövlüyü prinsipi sual altına qoyulmamalıdır – NATO-nun baş katibi

Siyasət Materials 29 Aprel 2009 17:08 (UTC +04:00)

NATO Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində birbaşa rol oynamasa da, hesab edir ki, bu münaqişənin həllində ərazi bütövlüyü prinsipi sual altına qoyulmamalıdır. Çərşənbə günü NATO-nun baş katibi Yaap de Hoop Sxeffer Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuat nümayəndələri qarşısında çıxışında bəyan edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Alyansın baş katibi Azərbaycanın NATO üçün regionda mühüm rol oynayan ölkə olduğunu bildirib. "Enerji təhlükəsizliyinin dünyada böyük əhəmiyyət kəsb etdiyi bir dövrdə Azərbaycanın rolu daha da artıb. Dağlıq Qarabağ münaqişəsi yalnız ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır", - Sxeffer deyib.

İlham Əliyev NATO-nun tədbirlərində və proqramlarında Azərbaycanın fəal iştirak etdiyini bildirib. "Azərbaycan Alyansın 200 tədbirinə qatılıb", - dövlət başçısı deyib.
Azərbaycan-NATO tərəfdaşlığını yüksək qiymətləndirən və antiterror əməliyyatlarında ölkəmizin fəal iştirak etdiyini vurğulayan dövlət başçısı bildirib ki, Azərbaycan Əfqanıstanda hərbçilərinin sayını artırıb.
"Biz NATO-ya minnətdarıq ki, Şimali Atlantika Alyansı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində qətiyyətli mövqe tutur və bu mövqe ərazi bütövlüyü prinsiplərinə əsaslanır", - deyə Prezident bildirib.
Dövlət başçısı Alyans ilə Azərbaycan arasında əməkdaşlığın uğurla davam etdiyini söyləyib.

Xəbər lenti

Xəbər lenti