İran mühəndisləri İran Hərbi Donanması üçün raketdaşıyan gəmi istehsalı texnologiyasını mənimsəyiblər. Hazırda Xəzər dənizində sözügedən gəmilər sınaqdan keçirilir. Bu haqda məlumatı İranın "Mehr" informvasiya agentliyi verib.
"Gəmilər İranın "Pərgar Sistem" müəssisəsi tərəfindən istehsal edilib", - müəssisənin mühəndisi Əhməd Kərimi deyib. Oun sözlərinə görə, müəssisədə üç gəmi itstehsal edilib. Gəminin uzunluğu 100 metr, hündülüyü 18 metr, çəkisi 1200 tondur.