Azərbaycan, Bakı, 04 may / Trend ,müxbir K.Zərbalıyeva /
Bakıda pornoqrafik filmlər yayan şəxs saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 2-də saxlanılan 17 yaşlı Hüseynov Məhəmməd Elman oğlunun işlədiyi Saraevo küçəsində yerləşən musiqi diskləri dükanında pornoqrafik film diskləri aşkarlanıb.
Faktla bağlı cinayət işi açılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]