Gürcüstan, Tbilisi, 04 may / Trend , müxbir N.Kirtsxalia /
Parlament bürosunun bu günə planlaşdırılan iclası Qoridə keçiriləcək. Qanunverici orqandan verilən məlumata görə, iclas saat 15:00-da başlanacaq.
Gürcüstan parlamenti müxalifətin kütləvi etiraz aksiyalarının başlandığı 9 aprel tarixindən ali qanunverici orqanın binasında fəaliyyət göstərmir.
Hakimiyyət nümayəndələrinin bəyanatlarına görə, radikal müxalifətin etiraz aksiyaları qanunverici orqananın fəaliyyət göstərməsinə mane olur.
Ötən həftə büronun iclası ümumiyyətlə keçirilməyib. Qanunverici orqanın binasında xüsusi təyinatlı qüvvələr durur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]