...

Gürcüstan hökuməti radikal müxalifətin liderlərini "tam ciddiliklə dinləməlidir" - Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi

Siyasət Materials 4 May 2009 14:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 may / Trend , müxbir N.Kirtsxaliya /

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi hesab edir ki, Gürcüstan hökuməti radikal müxalifətin liderlərini "tam ciddiliklə dinləməlidir". Bu bəyanatı o dünən, Tbilisidən ayrılarkən verib.

"Küçə aksiyaları demokratiya üçün yaxşı prosesdir. Bu, etirazın qanuni formasıdır. Hökumət aksiya iştirakçılarını ciddi şəkildə dinləməlidir. Elə məsələlər var ki, onları nəzərə almaq lazımdır", - Semnebi bildirib.

Aİ nümayəndəsi növbəti dəfə tərəfləri danışıqlar stolu arxasına oturmağa çağırıb, çünki dialoq "siyasi böhrandan yeganə çıxış yoludur".

Semnebi bir neçə gündən sonra yenidən Gürcüstana qayıtmaq fikrindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti