...

İranın nəqliyyat naziri Bağdada səfər edib

Siyasət Materials 4 May 2009 15:31 (UTC +04:00)

İranın nəqliyyat narizi bazar ertəsi iraqlı həmkarının dəvəti ilə bu ölkəyə səfər edib. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb. İranın nəqliyyat naziri Həmid Behbəhanini və onu müşayiət edən nümayəndə heyətini Bağdad hava limanında iraqlı həmkarı Amir Əbdülcəbbar İsmail qarşılayıb.

Səfər zamanı Behbəhani İran-İraq arasında yük daşımaları sahəsində əməkdaşlığa dair keçiriləcək müştərək iclasda iştirak edəcək. Həmçinin iki ölkə arasında hava, dəmir yolu, yol və dəniz yük daşımaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti