...

Türkiyə Baş nazirinin Azərbaycana səfəri uğurlu olacaq – səfir

Siyasət Materials 5 May 2009 10:51 (UTC +04:00)
Türkiyə Baş nazirinin Azərbaycana səfəri uğurlu olacaq – səfir

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir C.Babayeva /

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri uğurlu olacaq. Bu barədə çərşənbə axşamı jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.

Ərdoğanın Bakıya səfəri mayın 13-nə planlaşdırılıb.

Səfirin sözlərinə görə, səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun Türkiyəyə səfəri barədə danışan türkiyəli diplomat bildirib ki, danışıqlar uğurlu keçib.

Səfir bildirib ki, Əzimov Türkiyənin yeni xarici işlər naziri Əhməd Davudoğlunun qəbul etdiyi ilk xarici səlahiyyətli şəxs olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti