...

Azərbaycanın müxalif partiyasının fəalı aclıq aksiyasına başlayıb

Siyasət Materials 7 May 2009 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir A.Hüseynbala /

Bakıdakı 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən müxalif Milli İstiqlal Partiyası (AMİP) İmişli rayon təşkilatının fəalı Musa Rahim aclıq aksiyasına başlayıb.

AMİP-in mətbuat xidmətindən cümə axşamı Trend -a bildiriblər ki, aclıq aksiyasına səbəb ona yaradılan şəraitin dözülməz olmasıdır.

Rahimin bildirdiyinə görə, əgər tələbləri yerinə yetirilməsə, aclıq aksiyasını davam etdirəcək.    

Rahim 2007-ci il avqustun 23-də həbs edilib. İmişli Rayon Məhkəməsinin hökmü ilə AMİP-çi fəal 5 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti