...

Gürcüstanda akreditə olunmuş səfirlər polisə edilən hücumu pisləyiblər

Siyasət Materials 7 May 2009 16:33 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 07 may / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan Xarici İşlər Nazirliyində ölkədə akreditə olunmuş səfirləri dünən Daxili İşlər Nazirliyinin Baş İdarəsinə olan hücum barədə məlumatla tanış ediblər. Görüşdən öncə səfirlərin bəziləri öz şərhlərini bildirib.

Avropa Kommisiyası missiyasının Gürcüstandakı rəhbəri Per Eklundun sözlərinə əsasən, dünən polisə hücum cəhdi olub "və bu kriminal aktdır". Onun sözlərinə görə, yaranmış vəziyyətdən yeganə çıxış yolu tərəflər arasında dialoqun qurulmasıdır.

Çexiyanın Gürcüstandakı səfiri İvan Estrab qeyd edib ki, demokratik cəmiyyətdə polisə hücum yolverilməzdir. Estrab əlavə edib ki, yaranmış böhrandan çıxmaq üçün hakimiyyət və müxalifət danışıqlara başlamalıdır.

Onun bu fikirləri ilə Yaponiya səfiri razılaşaraq deyib ki, polisə hücum cəhdi qəbuledilməzdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti