...

FƏTH HƏMAS olmadan hökumət yaratmaq fikrində deyil – Fələstin Administrasiyasının nümayəndəsi

Siyasət Materials 9 May 2009 08:36 (UTC +04:00)
FƏTH HƏMAS olmadan hökumət yaratmaq fikrində deyil – Fələstin Administrasiyasının nümayəndəsi

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir Ü.Sadıxova /

Fələstin Administrasiyası HƏMAS hərakatı liderləri ilə danışıqlara son qoymaq fikrində deyil və onlar üzvlərinin iştirakı olmadan yeni hökumət formalaşdırmayacaq. Bu barədə HƏMAS-la danışıqlarda iştirak edən FƏTH nümayəndə heyətinin başçısı Nabil Şaat deyib.

"Danışıqlar vaxt tələb edir, lakin FƏTH-in yeni hökumət formalaşdırması (HƏMAS olmadan) həqiqətə uyğun deyil. Bizdən ötrü milli Fələstin hökumətinin formlaşdırılması vacibir", - Trend -a telefon bağlantısı zamanı Fələstinin sabiq xarici işlər naziri Şaat Qahirədən bildirib.  

Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas hökumətin sabiq Baş naziri Səlim Fəyyada FƏTH rəhbərliyi altında yeni Nazirlər Kabineti formalaşdırmağı tapşırmaq niyyətindədir. "əş-Şərq əl-Övsət" ərəb qəzetinin yazdığına görə sözügedən hökumətə FƏTH nümayəndələri daxil olmayacaq.

Bir müddət öncə KİV-də Abbasın HƏMAS hərəkatının iştirakı olmadan yeni hökumət formalaşdıracağı yer almışdı. Buna səbəb isə iki ay sürən danışıqların nəticə verməməsi göstərilirdi.

FƏTH və HƏMAS İsrailin Qəzza zolağında dekabr-yanvar aylarında HƏMAS-a qarşı hərbi əməliyyatından sonra danışıqları bərpa ediblər. İki Fələstin qruplaşması 2007-ci ildə Qəzzada baş verən toqquşmalardan sonra 2 ildir ki, düşmənçilik edirlər. Toqquşmalar nəticəsində HƏMAS Qəzzada nəzarəti ələ keçirib.

Misirin vasitəçiliyi ilə FƏTH və HƏMAS arasında aparılan danışıqların sonuncu raundu cari ilin aprelində başa çatıb.

Əsasında vahid Fələstin hökumətinin yaranacağı razılaşmanın əsas prinsipi FƏTH və HƏMAS nümayəndələrinin daxil olacağı beş komitənin yaradılmasından ibarətdir.

Şaat əlavə edib ki, partiyaların 16-18 mayda keçiriləcək yeni görüşü zamanı tərəflər Qahirənin müdafiə strukturunun yaradılması barədə təklifini dəyərləndirəcək. Şaat FƏTH-HƏMAS danışıqlarında dialoqun pozulmasına səbəb olan ciddi problemlərin mövcudluğunu inkar edib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti