...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar Azərbaycanın Böyük Britaniyadakı Səfirliyində tədbir keçirilib

Siyasət Materials 11 May 2009 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may / Trend /

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar Azərbaycanın Böyük Britaniyadakı Səfirliyində tədbir keçirilib. Bu barədə səfirliyin press-relizində deyilir. Tədbirdə Britaniya ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Səfir Fəxrəddin Qurbanov ulu öndərin həyat yoluna və zəngin siyasi fəaliyyətinə nəzər yetirib və xalqımız qarşısındakı xidmətlərinə toxunub. O qeyd edib ki, məhz Heydər Əliyevin siyasi uzaqgörənliyi və xalqına olan sevgisi nəticəsində Azərbaycan dövlətçiliyini qoruyub möhkəmləndirmək mümkün olub.

Daha sonra çıxış edən britaniyalı tanınmış tədqiqatçı Tamara Draqadze ümummilli liderlə bağlı şəxsi görüşlərini və xatirələrini iştirakçılarla bölüşüb. Çıxışı zamanı 90-cı illərin əvvəllərində regionda mövcud olan mürəkkəb siyasi vəziyyətə diqqət yetirən xanım Draqadze Heydər Əliyevin zəngin siyasi təcrübəsi və düşünülmüş addımları nəticəsində ölkəmizdə sabitliyin bərqərar olduğunu nəzərə çatdırmış və onun sadəcə regionda deyil, bütövlükdə dünya miqyasında tanınmış siyasi xadimlər arasında öz layiqli yerini aldığını vurğulamışdır.

Çıxışların ardınca ümummilli liderin həyat yolundan bəhs edən film nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti