Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu Konyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında Türkiyənin əsas hədəflərindən birinin Qafqazda sülhün və istiqrarın olması olduğunu bildirib. Bu haqda Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib.
"Hədəfimiz Qafqazda sülhün və istiqrarın olmasıdır " -deyə Davudoğlu bildirib.
Davudoğlu onu da qeyd edib ki , Azərbaycanın ərazi bütövlüyü Türkiyə üçün prinsipial məsələlərdən biridir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]