Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Eurovision-2009" mahnı müsabiqəsində böyük qələbə qazanmış Aysel Teymurzadəni və Araşı təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlət başçısı İlham Əliyev Aysel və Araş ilə telefonla danışaraq, Azərbaycanı Avropa miqyasında layiqincə təmsil etdiklərini deyib və bu nailiyyəti yüksək qiymətləndirərək, onlara yeni yaradıcılıq uğurları arzulayıb.