Azərbaycan, Bakı, 18 may / Trend , müxbir C.Babayeva /
Hakim Yeni Azərbaycan Partiyası (YAP) və ATƏT-in Bakı ofisi əlaqələri inkişaf etdirəcəklər.
YAP-ın icra katibi, sədr müavini Əli Əhmədov bazar ertəsi ATƏT-in Bakı ofisinin yeni rəhbəri səfir Əli Bilge Cankoreli ilə görüşüb.
Səfir ATƏT-in Bakı ofisi ilə YAP arasında mövcud əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib. O, hazırda rəhbərlik etdiyi qurumda tədbirlər planının tərtib olunduğunu deyib və YAP tərəfindən irəli sürüləcək təkliflərə diqqət yetirəcəklərini bildirib, YAP mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
YAP sədrinin müavini Əhmədov ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq prosesi, YAP-ın beynəlxalq əlaqələri barədə səfirə ərtaflı məlumat verib.
Trend -un arayışı: YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]