...

Azərbaycanın Milli Məclisi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin keçirdiyi müsabiqənin qalibi olub

Siyasət Materials 19 May 2009 18:59 (UTC +04:00)

Azərbaycan, Bаkı, 19 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Milli Məclisi "İKT-nin geniş tətbiq olunduğu dövlət qurumu" nominasiyasının qalibi olub.

"Mayın əvvəlində Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günü münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən informasiya cəmiyyətinin inkişafını stimullaşdırmaq məqsədi ilə müxtəlif nominasiyalar üzrə müsabiqə elan edilib. İki mərhələdə keçirilən müsabiqənin yekunlarına görə Milli Məclis Azərbaycanın dövlət qurumları arasında "İKT-nin geniş tətbiq olunduğu dövlət qurumu" nominasiyasının qalibi olub", - çərşənbə günü Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Milli Məclis İKT-nin nailiyyətlərindən geniş istifadə edir və müxtəlif istiqamətlər üzrə geniş tətbiqinə nail olub. "Qısa müddət ərzində parlamentdə 300-dən çox istifadəçisi olan lokal şəbəkə, müxtəlif xidmətlər göstərən 16 server, internet və daxili internet səhifələri yaradılıb. İclas zalında deputatlar üçün quraşdırılan 135 kompüter və zalda tətbiq olunan elektron səsvermə Milli Məclisdə qurulan vahid sistemin tərkib hissələridir", - məlumatda qeyd edilir.

Bununla yanaşı, parlamentdə iclasların stenoqramının yazılması, vətəndaşların müraciətləri, qanunvericilik bazası, inzibati ərazi vahidlərinin dövlət reyestri və digər sistemlərdən ibarət İT infrastrukturu yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti